Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Şuşanın azad olunması bizim haqq işimiz, tarixi ədalətin bərpasıdır

0

  •         İkinci Qarabağ müharibəsində zəfərimizə günəş kimi şəfəq saçan, əsrlərlə unudulmayacaq tarixi hadisələrdən biri də müzəffər Ordumuzun, müdrik və qətiyyətli Ali Baş Komandan Prezident İlham Əliyevin sayəsində illərlə düşmənin əsarətində qalan Şuşa şəhərinin işğaldan azad edilməsidir. 28 il həsrətlə azad olunacağı günü gözləyən Şuşa şəhəri 44 gün çəkən Vətən Müharibəsində 8 Noyabr 2020-ci il tarixdə azadlığa qovuşdu.        Daim hər bir siyasi qərarının arxasında torpaqlarmızın işğaldan azad olunması məsələsi dayanan Prezident Cənab İlham Əliyevin illərlə amalı xalqın arzusunu və Ata vəsiyyətini yerinə yetirmək kimi böyük bir müqəddəs iş uğrunda mübarizə aparmaq olmuş, bu yolda ölkə rəhbərimiz xalqın milli-maraqlarını hər zaman qorumağı özünə borc bilmişdir.        Cənab Prezident Şuşa şəhərinə iki dəfə səfər etməsi burada aparılacaq abadlıq işləri ilə yaxından tanış olması, dünyaya səsləndirdiyi fikirləri bir daha hər bir azərbaycanlının qəlbində sevinc doğurdu. Azad olunmuş torpaqlarmıza qayıdacağmız günün yaxında olmasından xəbər verdi, bizdə böyük inam və ümid yaratdı.Prezident Cənab İlham Əliyev ilk dəfə hələ gənc yaşlarında ikən 38 il bundan əvvəl Ulu Öndər Heydər Əliyevlə birgə Şuşa şəhərində Vaqif poeziya günləri ərəfəsində Şuşada olmuşdur.        Prezident Cənab İlham Əliyevin Birinci vitse-prezident Mehriban xanım Əliyeva və qızları Leyla xanımla birgə Şuşa şəhərinə Novruz bayramı ərəfəsində İlaxır çərşənbəsində Şuşa şəhərinə 2-ci dəfə səfər etməsi burada görüləcək işlərlə yaxından tanış olması, Novruz tonqalını Cıdır düzündə alovlandıraraq buradan Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik etməsi ölkə başçısınn qətiyyətli və prinsipial mövqeyi ilə yadda qaldı. Şuşada bayrağmızın ucaldılması zamanı Ali Baş Komandan İlham Əliyev qeyd etdi ki “Şuşanı qan tökərək azad etmişik, Şuşa uğrunda ciddi döyüşlər gedirdi. Laçın dəhlizi boyunca işğalçıların qalıqları səpələnmişdi, yüzlərlə, bəlkə də minə qədər işğalçı Şuşa döyüşlərində məhv edildi. Hərbiçilərimiz sıldırım qayalardan qalxaraq, dərədən-təpədən, Xocavənd meşələrindən, cığırlarından keçərək yüngül silahlarla Şuşaya gəldilər.Yüngül silahlarla, tapançalarla, süngü-bıçaqla mübarizə apardıq. Amma bizə qarşı burada toplardan, tanklardan istifadə olundu. Amma düşmən bizim gücümüzü gördü və məğlub oldu. Şuşanın azad edilməsi Vətən Müharibəsində xüsusi yerə malik olan hadisədir. Şuşa bizim hədəfimiz idi və biz bu hədəfə doğru gedirdik. Şuşaya qədər azad edilmiş bütün torpaqlarda Azərbaycan Ordusunun yerləşməsi Şuşanın azad olunmasını şərtləndirmişdi”.        28 ildən sonra Azərbaycan Prezidenti Cənab İlham Əliyev Novruz bayramını qədim şəhərimizdə, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada qeyd etdiyimizi bütün dünyaya çatdıraraq deyib: “Bu tarixi hadisədir. Bu böyük xoşbəxtlikdir. Allah Azərbaycan xalqının dualarını eşitdi. Hər il Novruz bayramı ərəfəsində hamımız yəqin ki, fikirləşirdik, bir-birimizə deyirdik, inşallah, gələn il Novruz bayramını Qarabağda qeyd edək, gələn il Novruz bayramını Şuşada qeyd edək və bu gün gəldi. 28 ildən sonra biz Şuşaya qayıtdıq. Novruz bayramını Cıdır düzündə qeyd edirik, tarixi ədaləti bərpa etmişik”.        Əlbəttə, bu əlamətdar hadisə hər bir azərbaycanlının qəlbində qürur doğurdu. Şuşa şəhərinin azad olunması, Novruz tonqalının Cıdır düzündə alovlanması, buradan Prezident İlham Əliyevin dünyaya səslənməsi, qətiyyətli çıxışı bir daha onu deməyə əsas verir ki, bir zamanlar tapdanmış tarixi ədalət bu gün bərpa olundu, bu gündən sonra Şuşa şəhərində azərbaycanlılar əbədi yaşayacaqdır.Prezident İlham Əliyevin qeyd etdiyi kimi, biz döyüş meydanında da, informasiya məkanında da, siyasi müstəvidə də qələbə qazandıq.        Dövlətimizin Başçısı birmənalı olaraq bildirdi ki, Şuşa şəhərinin azad edilməsi Azərbaycanın haqq işidir və Qarabağ Azərbaycandır! Şuşa Azərbaycandır! Şuşa azaddır!        Şuşada əbədi olaraq biz yaşayacağıq!Nizami Əliyev,Xocalı rayonundan məcburi köçkün
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaRəsmi xronika
    Yerləşdirdi
    Yerləşdirildi3 il öncə
    İzlənib33 dəfə
    Şuşanın azad olunması bizim haqq işimiz tarixi ədalətin bərpasıdır

    Maraqlı gələ bilər
    37
    43
    28
    36